Cop29 Özəl

COP29 bəşəriyyət üçün uğurlu başlanğıc olacaq — Deputat

COP29 bəşəriyyət üçün uğurlu başlanğıc olacaq — Deputat

“COP29 kimi çox mötəbər bir tədbirə 140 ölkədən qonaqlar gələcək. Ümumi qonaq sayının 80 min civarında olacağı gözlənilir. 85 ölkə rəhbəri tədbirdə iştirak edəcək. Dünyanın aparıcı biznes şirkətləri, beynəlxalq ekspertlər, ekologiya mütəxəssisləri də COP29-a qatılacaq. Bizim ən böyük uğurumuz ondan ibarətdir ki, nəinki bu tədbirə ev sahibliyi edəcəyik, həm də bir neçə aktual məsələ burada qaldırılacaq. Cənab Prezident də bunu dəfələrlə vurğulayıb”. Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, dünyada gedən proseslərlə istər istehsalat nəticəsində, istər kənd təsərrüfatının inkişafı və tikinti nəticəsində iqlim dəyişikliyi baş verir və hər il temperatur artır:

“Bu da böyük fəlakətlərə yol açır və bəşəriyyət üçün ciddi problemlər yaradır. Bu problemlərin həlli üçün 2,5 trilyon dollar vəsait lazımdır. G20 ölkələri problemin həllini inkişafda olan cənub ölkələrində və neft-qaz ixrac edən ölkələrdə görür.

Cənab Prezidentin də qeyd etdiyi kimi, bütün ölkələr bu məsələdə aktiv olmalıdır və ümumi qərara gəlinməlidir. Qarşıdakı illərdə hansı addımların atılacağı, nəzarət mexanizmləri müəyyənləşdirilməlidir. 2050-ci ilə qədər bütün problemlər bu və ya digər formada həllini tapmalıdır.

Şübhə yoxdur ki, Azərbaycan bütün öhdəliklərini uğurla həyata keçirir. Biz əminik ki, COP29 tədbirindən sonra sistematik mexanizmdə müsbət dəyişikliklər olacaq. Bəşəriyyət Bakıda vacib qərarların qəbul ediləcəyinə dair ümidlidir. COP28-də bir çox problem həllini tapmadı, gözlənilən qərarlar qəbul edilmədi. Bakıda keçiriləcək COP29 mühüm qərarların qəbul edilməsinin , eləcə də həyata keçirilməsinin uğurlu başlanğıcı olacaq”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az