Hadisə Özəl

Sumqayıtda avtobus sürücüsü dispeçeri döydü — TƏFƏRRÜAT

Sumqayıtda avtobus sürücüsü dispeçeri döydü — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1977-ci il təvəllüdlü Ələsgər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Eminə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində baş verib.

Ələsgər orada yerləşən 10 saylı tam orta məktəbin arxa həyətində kənar şəxslərin olmadığı yerdə borc pul məsələsinə görə tanışı Emin ilə aralarında şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı onun göz nahiyyəsində qəsdən bir dəfə vurub.

Hadisəni törədən Ələsgərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ələsgər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Emini 15 ildir tanıyır:

“Mən avtobus sürücüsü işləmişəm, Emin isə dispeçer olub. Münasibətlərimiz həmişə normal olub. Hadisə günü “Karvan” Ticarət Mərkəzinin yaxınlığında Emin ilə rastlaşdım. Emin məndən iki günə qaytarmaq şərti ilə 20 manat istədi. Mən də verdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, iki gün spnra Eminə zəng vuraraq pulunu istəyib:

“Emin isə pulu növbəti gün qaytaracağını bildirdi. Bir gün sonra Eminə təkrar zəng vursam da, o telefonu götürmədi. Hadisə günü yolda təsadüfən Eminlə rastlaşdım və nə üçün pulumu qatarmaması barədə ona öz iradımı bildirdim. Aramızda olan məsələni həll etmək üçün Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 10 saylı tam orta məktəbin arxa həyətinə keçdik. Əsəbi olduğum üçün orada Eminə sərt formada iradımı bildirdim. Emin də cavab qaytardığı üçün özümdən çıxaraq yumruqla onun sol göz nahiyyəsindən bir dəfə vuraraq oradan getdim. Mübahisəmiz təxmini 1-2 dəqiqə çəkmdi. Həmin vaxt yanımızda heç kim olmayıb”.

İş üzrə zərər Eminin sözlərinə görə, Ələsgərdən iki günə qaytarmaq şərti ilə 20 manat istəyib, Ələsgər də verib:

“Növbəti günlərdə Ələsgər zəng vuraraq pulunu istədi. Mən isə pulu növbətu gün qaytaracağımı bildirdim. Bir gün sonra Ələsgər təkrar zəng vurdu. Lakin pul tapa bilmədiyim üçün telefonu götürmədim. Hadisə günü Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yolda təsadüfən Ələsgərlə rastlaşdım. Ələsgər nə üçün pulunu qatarmamam barədə öz iradını bildirdi. Küçədə səs-küy olmasın deyə məsələni həll etmək üçün Ələsgəri həmin yerdə yerləşən 10 saylı tam orta məktəbin arxa həyətinə dəvət etdim. Birlikdə oraya keçdik. Pulu qaytara bilmədiyim üçün Ələsgər ünvanıma nalayiq ifadələr işlətdi. Mən də Ələsgərə eyni qaydada cavab verdim. Bundan sonra Ələsgər özündən çıxaraq yumruqla sol göz nahiyyəmdən bir dəfə vuraraq oradan getdi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əliağanın barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az