Çində ictimai parkda naməlum şəxs tərəfindən bıçaqlanan 4 ABŞ akademiki xəstəxanaya yerləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Ayova Kornell Universiteti açıqlama yayıb.
Açıqlamada, alimlərinin Çinin şimalındakı Jilin əyalətindəki parka gündüz səfərləri zamanı yaralandığı bildirilib.
Ayova ştatının nümayəndəsi Adam Zabner deyib ki, hadisədə yaralanan 4 nəfərdən biri onun qardaşıdır.
O, ifadəsində bildirib ki, qrup yerli məbədi ziyarət edərkən onlara bıçaqla silahlanmış bir şəxs hücum edib.
Qeyd edək ki, Çin rəsmiləri hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Aysu Demokrat.az


