"Musiqiçilərdənbirinin oğlu qəzada dünyasını dəyişmişdi. Bu insan da çörək pulu qazanmaq üçün toya getmişdi. Durub oynamırdı, oturub alətində ifa edirdi, işidir də... İnsanlar sosial şəbəkədə ağzına gələni yazdı. Sizə nə qədər rahatdır kənardan kimisəbaltalamaq. Düzgün deyil, bu bizim işimizdir".
Axşam.az xəbər verir ki,bu sözləri Mətanət Əliverdiyeva aparıcılığını etdiyi "Xəzər axşamı" verilişində deyib. O, sosial şəbəkədə tənqid yazan insanlara səslənib:
"Bilmirəm sabahbaşıma nə gələcək, amma mən yenə də öz işimdə olmalıyam. Çünki oradan çörək pulu qazanıram, dolanmalıyam. İrad tutanlarheç kiminqapısını döyüb 5 manat verib demir ki, "Bu pulu götür, özünə çörək al, sənin başına iş gəlib".Ona görə də bilin ki, kimi harada və necə qınaq atəşinə tutursunuz".


