İspaniyada qəbiristanlıqlar yaşıl enerji mərkəzlərinə çeviriləcək.
Demokrat.az xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb.
Bildirilib ki, layihə təxminən 2,8 MVt elektrik enerjisi gücü ilə İspaniyanın ən böyük şəhər günəş mərkəzi olacaq.
Layihə çərçivəsində, Valensiyadakı qəbiristanlıqlarda kriptlərə və digər strukturlara təxminən 7000 fotovoltaik panel quraşdırılıb.
Burada istehsal olunan enerji həm ictimai xidmətlərdə, həm də şəhər sakinlərinin evlərində istifadə olunacaq.
Hesablamalara görə, layihənin tam fəaliyyətə başladıqdan sonra hər il 140 tona qədər karbon emissiyasının qarşısını alacaq.
Aysu Demokrat.az


