Hadisə

Qonşusunu bıçaqlayan şəxs saxlanıldı

Qonşusunu bıçaqlayan şəxs saxlanıldı

Şamaxıda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, Şamaxı sakini 2000-ci il təvəllüdlü təvəllüdlü Orxan Həşimov mübahisə zəminində qonşusu 1983-cü il təvəllüdlü İlham Əmirova bıçaqla müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Ağır dərəcəli bədən xəsarətləri alan şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır.

D
demokrat.az