Hadisə

İTV-dəki yanğında zəhərlənənlərlə bağlı daha bir AÇIQLAMA

İTV-dəki yanğında zəhərlənənlərlə bağlı daha bir AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib.

Səhiyyə Nazirliyindən Demokrat.az-a daxil olan məlumata görə, yanğın zamanı iki nəfər (kişi) Təcili Tibbi Yardıma müraciət edib.

Onlardan birinə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Həmin xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

D
demokrat.az