Region Özəl

Sərinləmək üçün gölə girən şəxs boğuldu

Sərinləmək üçün gölə girən şəxs boğuldu

Türkiyədə sərinləmək üçün gölə girən 19 yaşlı gənc boğularaq ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Tokat vilayətində baş verib.

Bölgəyə çoxlu sayda təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib.

Saatlarla davam edən axtarışdan sonra gənc oğlanın cansız bədəni sudan çıxarılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova