Şou-biznes

"Haradan biləsiniz nələr çəkirəm" — VİDEO

Haradan biləsiniz nələr çəkirəm — VİDEO

Əməkdar artist Könül Kərimova efirdə kövrəlib.

Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" verilişinə gələn müğənni "Mən necə bəndəyəm" mahnısını oxuyub. "Hardan biləsiniz mən nələr çəkirəm" sözlərini deyən Kərimova ağlayıb.

Müğənni yorulduğunu deyib:

"Biz hər zaman səhnədə insanlara gözəllik bəxş etməliyik. Hər zaman çalışıram ki, insanlar bizim digər kövrək, ağlayan tərəfimizi görməsin. Bu verilişə gülərək gəldim. Amma... Əks cinsdən ötrü ağlamıram. Çox yorulmuşam,yoruğunam. İllərdir ki, tək addımlamışam, tək qaçmışam hər işin arxasınca. Hər işdə tək olmuşam. Daxilən və zahirən tək olmuşam. Buna görə də bu, illərin yorğunluğu və təkliyidir. İçimdəki Könül deyir ki, bir az da döz, hər şey yaxşı olacaq (ağlayır)".

NE
Nihadə Eyyubova