Gündəm Özəl

Qida zəhərlənmələrindən özümüzü necə qoruyaq?

Qida zəhərlənmələrindən özümüzü necə qoruyaq?

Yayda havanın temperaturu artdıqca qidadan zəhərlənmə halları da çoxalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 600 milyon insan qida zəhərlənməsindən əziyyət çəkir. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında deyib ki, son illərdə bütün dünyada qida zəhərlənmələrinə daha çox rast gəlinir:

Qida zəhərlənmələrindən özümüzü necə qoruyaq?
“Zəhərlənmədən qorunmaq üçün mənşəyi bəlli olan qidalara üstünlük verilməlidir. Eyni zamanda qidaların saxlanma şəraitinə diqqət etmək lazımdır. Qidaların bişirilmə qaydası da burada çox önəmlidir. Son dövrlər daha çox ət və ət məhsullarından zəhərlənmələr baş verir. Balıq və toyuq ətindən hazırlanan qidalar daha çox zəhərlənməyə səbəb olur. Zəhlənmələr hər bir insanda özünü fərqli şəkildə göstərir. İmmun sistemi zəif olan insanlarda qusma, mədə və baş ağrısı, görmədə zəiflik kimi hallar müşahidə olunur. Bəzən bu, daha ağır şəkildə də olur. Mütləq şəkildə qida qəbul edərkən diqqətli olmalıyıq. Hava şəraitini nəzərə alaraq qidaları yalnız birdəfəlik istehlak üçün hazırlamalıyıq. Meyvə-tərəvəzləri yaxşı yumaq lazımdır. Balıq, quş ətləri və hazır qidaları diqqətlə bişirib yemək şərtdir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova