Siyasət Özəl

“Ukrayna xalqı Azərbaycan dövlətinin bu dəstəyini unutmayacaq” — Səfir

“Ukrayna xalqı Azərbaycan dövlətinin bu dəstəyini unutmayacaq” — Səfir

Ukrayna dövləti humanitar yardıma və enerji infrastrukturunun bərpasına verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev bu gün keçirdiyi brifinqdə bildirib.

Səfir deyib ki, Ukrayna xalqı Azərbaycan dövlətinin bu dəstəyini unutmayacaq:

“Ukrayna olaraq, biz bu dəstəyi çox yüksək qiymətləndiririk. Hazırda ölkəmizin buna çox ehtiyacı var. Ümid edirik ki, Azərbaycanla əməkdaşlığımız daha da genişləndirəcək”.

Elmar Heydərli Demokrat.az

D
demokrat.az