"O qəzadan sonra çox şey dəyişdi. Bu hadisədən çox pis şok keçirtmişdim. Amma oqəzanınbaşıma gəldiyinə çox sevindim, Allaha şükür etdim".
Axşam.az xəbər verir ki, bu sözləri ötən il avtomobil qəzasına düşənXalq artisti Mehriban Zəki "Göstərir radio" verilişində deyib. O, bunun səbəbini isə belə izah edib:
"Ona görə ki, bilmədiyim, cavabını axtardığım bir çox mətləblər mənə aydın oldu. Düşünərək bir çox şeyləri axtarırsan, oxuyursan, araşdırırsan, söhbət edirsən, gəzirsən vəcavabını tapa bilmirsən. Amma bir hadisəni yaşayırsan və onda hər şey daha aydın olur. Təbii ki, bu qəza ölümlə nəticələndi. Dilarə Əliyeva həyat yoldaşıOqtay Əliyevi itirdi".
Qeyd edək ki, O.Əliyev ötən il martın 22-dəavtomobil qəzasında dünyasını dəyişib.Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb.


