Sosial

Faktiki hava açıqlandı

Faktiki hava açıqlandı

İyunun 1-i saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Sarıbaş (Qax), Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindənverilən xəbərə görə, Goranboy rayonu Böyrü qəsəbəsinə saat 17:30-17:35 radələrində diametri 11-15 mm, Goranboy rayonu Meşəli kəndinə 10-13 mm, həmçinin rayonun Şəfəq və Zeyvə kəndlərinə də dolu yağıb.

NE
Nihadə Eyyubova