"Əgər bir məmurun nöqsanı varsa, gec-tez üzə çıxacaq. Ona görə də düşünürəm ki, istər xaricdə oturan müxalifətçilərin, istərsə də ölkədaxili qrupların yalan və böhtan dolu çirkin əməllərinə reaksiya vermək lazım deyil. Çünki reaksiya gördükcə bu insanlar harınlaşırlar, daha çirkin yollara əl atırlar".
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
O qeyd edib ki, xaricdə oturub Azərbaycana qarşı böhtan kampaniyası aparanlar xarici ölkələrin əlaltılarıdırlar:
"Bunu hamı yaxşı bilir. Bu ünsürlər dövlətçiliyimizə ziyan gətirə bilməz. Torpaqlarımız işğal altında olanda iddia edirdilər ki, bu torpaqların sahibi ermənilərdir. Mübarizə apardıq və ədaləti bərpa etdik, həqiqəti hamıya nümayiş etdirdik. Həmin vaxt yenə dedilər ki, Xankəndi, Xocalı, Əsgəran ermənilərə bağışlanıb. Sülhməramlılar gələndə də dedilər ki, Azərbaycanda Rusiyanın hərbi bazası yaradılır, ruslar buradan heç vaxt çıxmayacaqlar. Ancaq onların dediyinin əksi baş verdi. Bəzi məmurların şantaj əhlinə maliyyə ayırması müəyyən şübhələrin oyanmasına hesablanıb. Nə qədər istəyirlər yazsınlar, qışqırsınlar, bağırsınlar. Düşüncə sahibləri onların yalanlarına inanmayacaq".
Tahir Rzayev əlavə edib ki, vəzifə sahiblərini, dövlət məmurlarını şantaj etmək nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində kütləvi xarakter alıb. Onları şərləmək, barələrində yalan məlumatlar yaymaq sanki dəb halını alıb. Bununla məşğul olanlar gələcək aqibətini yaxşı başa düşmürlər. Dövlətçiliyə qəsd yolunu tutublar. Deputatlar haqqında da olmazın fikirlər səsləndirilir. Təssüf ki, insanlar bəzən bu yalanlara inanırlar. Atalar deyib ki, yalan ayaq tutar, amma yeriməz".
Törə Zeynallı Demokrat.az


