Dünya Özəl

Səudiyyə Ərəbistanı İranın 6 jurnalistini deportasiya etdi

Səudiyyə Ərəbistanı İranın 6 jurnalistini deportasiya etdi

İranın Səudiyyə Ərəbistanındakı Həcc nümayəndəliyinin nəzdində çalışan 6 jurnalisti ölkədən deportasiya edilib.

Demokrat.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, 4 jurnalist ötən həftə Məscid-i Nəbəvidə çəkiliş apararkən saxlanılıb və Mədinədəki təcridxanaya aparılıb.

İki gün sonra iranlı zəvvarların qaldığı oteldə dini mərasimdə iştirak etmək istəyən daha 2 nəfər jurnalist də saxlanılıb.

Bununla da Səlim Qaffuri, Şefii Şulekar, Mehdi Mueyyidi, Mehdi Əmiri, Purya Süleymanzadə və Əli Rıza Taban adlı jurnalistlər hökumətin qərarı ilə ölkədən deportasiya edilib.

İran rəsmiləri məsələ ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Aysu Demokrat.az

D
demokrat.az