Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün İspaniyaya gedir.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İspaniyanın Fələstinin dövlət müstəqilliyini tanımağa qərar verdikdən sonra diplomatik nümayəndə heyətinə dəvət göndərdiyi bildirilib.
Bu çərçivədə xarici işlər naziri Hakan Fidanın İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza Əlaqə Qrupu üzvləri ilə birlikdə bu gün Madridə səfər edəcəyi vurğulanıb.
Səfər zamanı Qəzzada atəşkəsin təmin edilməsi və Fələstinin dövlət müstəqilliyinin ikitərəfli əməkdaşlıq əsasında tanınması müzakirə ediləcək.
Aysu Demokrat.az


