Mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirov itkin düşüb.
Axşam.az xəbər verir ki, bu barədə“Səni axtarıram” proqramında Orxanın doğma anası Lalə xanım məlumat verib. O, sonuncu dəfə 2023-cü ilin sentyabrında övladı ilədanışdığını bildirib:
"Biz bərabər yaşayırdıq. Keçən ilin iyunundan Türkiyəyə getdi. PandemiyadənUkraynada yaşayırdı.Avqustun sonları telefonla danışanda dedi ki, Moskvaya gedir. Bir az tərəddüd etdim ki, Moskvada vəziyyət yaxşı deyil, sən Ukraynada olmusan. Bir az belə şeylərdən danışdıq. İstəmirdim getsin.Dedi,burada nə var ki? Getdi, bir ay hər gün mütəmadi olaraq görüntülü zənglədanışırdıq. Sonuncu dəfə sentyabrın 22-də danışmışıq. Dedi ki, sabah Türkiyəyə uçur, bileti də var idi. Sonra isə heç bir xəbər gəlmədi".
Qeyd edək ki, İ.Quliyeva dünyasınıdəyişdikdən sonra ögey bacılarıOrxana mirasdan pay verməyib. O, eyni zamanda həyat yoldaşından ayrılıb. Orxanın bir övladı var.


