Dünya Özəl

“Erməni kilsəsi dini fəaliyyətdən çox terror və təxribat planlarına xidmət edir” — AÇIQLAMA

“Erməni kilsəsi dini fəaliyyətdən çox terror və təxribat planlarına xidmət edir” — AÇIQLAMA

Erməni kilsəsi vergiyə cəlb edilə bilər. Ermənistan parlamentinin spikeri Alen Simonyan qanunverici orqanın iclasında çıxışı zamanı deyib ki, yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergiyə cəlb edilməsi məsələsini müzakirə etmək lazımdır:

“Hisslərimizlə, tariximizlə oynamağı dayandırın. Onsuz da siyasətlə məşğul olur, diaspordan pul yığırsınız. Şam, “Coca-Cola”, şərab satır, restoranlar işlədirsiniz, amma vergi ödəmirsiniz”, - o vurğulayıb.

Politoloq Tural İrfan Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistanda kilsənin nüfuzu və təsiri hökumətdən üstündür.

Onun sözlərinə görə, bu məsələni balanslaşdırmaq üçün baş nazir Paşinyan müəyyən cəhdlər edib:

"Kilsə Ermənistanın işğal siyasətinə və revanşizminə həmişə rəvac verib radikal mövqedə olub. Bu da Ermənistanın bölgədə provakator roluna şərait yaradıb.

Qərbin də səlibçilik təfəkküründə olan dairələrinə alət olub. Ancaq indiki hakimiyyət həm öz hakimiyyətini möhkəmlətmək üçün, həm də kənar təsirləri minimuma endirmək üçün kilsənin təsirini azaltmaq istəyir. Erməni kilsəsi əslində dini fəaliyyətdən çox indiyəcən terror və təxribat planlarına xidmət edib. Özbaşına olaraq fəaliyyət göstərib, vergi verməyib, talançılığa yol verib, cəmiyyəti din adı ilə istismar edib".

Ekspertin fikrincə, əslində kilsənin vergiyə cəlb edilməsi kilsənin şəffaflıqla fəaliyyətindən çox onun dövlətə təsirini azaltmaqdır:

"Son mitinqlərdən sonra Ermənistan hökuməti drək etdi ki, kilsə həm onun üçün, həm də dövlətin inkişafı üçün real təhlükəli vəziyyətdədir. Eyni zamanda kilsə dünya siyasətindən, həmçinin bölgənin reallıqlarını anlamaq qabiliyyəti baxımından çox geridədir və orta əsr qaydaları ilə tələb irəli sürür. Hazırda Ermənistan cəmiyyəti Paşinyan siyasətinə rəğbət bəsləyir. Qaltanyanın rüşvətxor müzliafətin töküntüləri olan keçmiş hakimiyyətdə olan fiqurlar ilə həmrəylik göstərməsi, gəminin baş nazir postuna iddia etməsi onu ifşa etdi və xalq üçün yox, vəzifə üçün çalışdığını diqqətə qətirdi. Ona görə də mitinq dağıldı, keşiş geri çəkildi".

T.İrfan onu da bildirib ki, cəmiyyətə də məlumdur ki, kilsə heç də onların rifahı üçün çalışmır:

"Ona görə kilsənin vergiyə cəlb edilməsi məsələsinə, ümumiyyətlə erməni kilsə sisteminin dövlətlə münasibətlərinə yenidən baxılacaq. Ermənistanda din - dövlət münasibətləri bəzən elə həddə çatır ki, hətta Ermənistanı teokratik dövlət də adlandırmaq olar.

Demək olar ki, elə dövrlər ki, Ermənistanı kilsə idarə edib. Ermənistanın ilk milli qəhrəmanı da baş yepiskop, 1-ci Vazgendir. Məhz bu özü kilsənin revanşizmə, savaşa, qana, işğala, soyqırımına bilavasitə səbəbkar olduğunu sübut edir.

Paşinyan görür ki, müasir dünya ilə uzlaşmada, region dövlətləri ilə münasibətlərin inkişafında, əsasən də türk düşmənliyi mövzusunda kilsə bütün xoşməramlı işlərə ciddi mane olur. Bu səbəbdən kilsəni neytrallaşdırmaq istəyir. Hesab edirəm ki, buna qismən nail olacaq".

Törə Zeynallı Demokrat.az

D
demokrat.az