Bu gün Nyu-Yorkda işə başlayan BMT Baş Assambleyasının sessiyasının yüksək səviyyəli həftəsinin açılış mərasiminə ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp da qatılıb.
Demokrat.az xəbər verir ki, tədbirdə iştirak edən İvanka Tramp müzakirələrin birinci günündə çıxış edib.
Ancaq onun çıxışından daha çox geyimi müzakirələrə səbəb olub. Trampın qızı yüksək səviyyəli beynəlxalq tədbirə alt paltarsız qatılmaqla bütün diqqətləri üzərinə çəkib.
Qeyd edək ki, yüksək səviyyəli həftə sentyabrın 30-a qədər davam edəcək.
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrikin sözlərinə görə, yüksək səviyyəli həftədə 196 nümayəndə heyətinin, o cümlədən 91 dövlət başçısının, 6 vitse-prezidentin, 45 hökumət başçısının, 5 baş nazir müavininin, 44 nazirin iştirakı gözlənilir.
Sessiyada təxminən 630 müxtəlif görüş planlaşdırılıb. Ekspertlərin sözlərinə görə, bundan başqa, 360 paralel tədbir nəzərdə tutulub. Tədbirlərdən təxminən 50-də iqlim məsələləri, ən azı 30-da müxtəlif münaqişələrin müzakirəsi nəzərdə tutulub.












