Maliyyə

"Muğan Bank"ın əmlakları ilk dəfə hərraca çıxarılır

Muğan Bankın əmlakları ilk dəfə hərraca çıxarılır

İyunun 13-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Muğan Bank” ASC-nin daşınar əmlaklarının satışı üzrə ilk hərrac keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət 4 ədəd “Diebold Nixdorf DN 150D” markalı bankomatdan gedir. Əmlaklara ümumilikdə 92 000 manat qiymət qoyulub.

D
demokrat.az