Şou-biznes

Həyat yoldaşının birinci xanımından danışdı

Həyat yoldaşının birinci xanımından danışdı

Müğənni Səidə dadaşova həyat yoldaşı Maqanın ilk evliliyindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Günaylı gün" proqramında danışıb. O bildirib ki, onunla və övladları ilə münasibəti yaxşıdır:

"Aysel xanımı salamlayıram. Yoldaşımın uşaqlarının anasıdır. Birinci xanımıdır. O qədər yaxınıq ki, sanki uşaqlıqdan bir böyümüşük. Yoldaşımın ilk evliliyindən olan uşaqları Ömər və Osman bizə tez-tez gəlir. Tətillərdə bizdə qalırlar. Evboş qalmır. Oğlum Rafaelin qayğısına qalırlar. Ona qardaşıdərslərində kömək edir, gündəliyini yoxlayır. Ömərlə olanda hər şeyə güvənirəm, dünyanın o başına belə gedərəm. Yeməyini bişirir, dərsinə kömək edir".

NE
Nihadə Eyyubova