Hadisə

Abşeronda avtobus qəzaya düşdü: Xəsarət alan var

Abşeronda avtobus qəzaya düşdü: Xəsarət alan var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.azxəbər verir ki, rayonun Qobu qəsəbəsində sərnişin avtobusu digər nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1974-cü il təvəllüdlü Mehriban Nadir qızı Sultanova xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır. (Report)

D
demokrat.az