Kriminal Özəl

Mədələrində 4 kiloqram narkotik maddə aşkarlandı

Mədələrində 4 kiloqram narkotik maddə aşkarlandı

Türkiyənin Ağrı vilayətində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində mədələrində 3 kiloqram 742 qram narkotik maddə müəyyən edilən 5 İran vətəndaşı saxlanılıb.

Demokrat.az "NTV Türkiye"yə istinadən xəbər verir ki, Ağrı vilayəti Polis İdarəsi tərəfindən aparılan əməliyyatlarda 5 nəfər şübhəli şəxs qismində saxlanılaraq müayinə üçün xəstəxanaya aparılıb. Onların mədəsində yad maddə olduğu aşkar edilib. Yad maddələrin təbii yollarla bədəndən çıxarılması nəticəsində ümumi çəkisi 3 kiloqram 742 qram olan 530 ədəd metanfetamin ələ keçirilib. Saxlanılanlar narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə həbs edilib.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova