Türkiyəli vəkil Feyza Altun sosial şəbəkədə şəriətlə bağlı etdiyi paylaşımına görə 9 ay həbs cəzası alıb.
Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı “DHA” məlumat yayıb.
Bildirilib ki, Ağır Cəza Məhkəməsində keçirilən prosesdə vəkil Feyza Altun iştirak edib. İclasda müdafiə çıxışı edən Altun 14 ildir vəkil işlədiyini bildirib:
“14 ildir vəkil işləyirəm. Türkiyədə şəriət qanunları qorunan bir dəyər deyil. Hadisə baş verən tarixdə hesabımdan farsca bir şeir paylaşdım.
Paylaşdıqdan sonra, bunun səhv başa düşüləcəyini anlayıb, 5-10 dəqiqə sonra sildim. Burada günahkar mən yox, bu məsələni yenidən gündəmə gətirənlərdir”,- deyə, o, vurğulayıb.
Məhkəmə, Feyza Altunun “ictimaiyyəti açıq şəkildə kin və düşmənçiliyə sövq etmək” ittihamı ilə 9 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Həmçinin Feyza Altun törətdiyi cinayətdən peşman olmadığı üçün cəzaya güzəşt tətbiq edilməyib.
Aysu Demokrat.az


