Daxili siyasət

"Azərbaycan QHT-ləri son vaxtlar nümunəvi işləri ilə daha çox seçilirlər" — PA rəsmisi

Azərbaycan QHT-ləri son vaxtlar nümunəvi işləri ilə daha çox seçilirlər — PA rəsmisi

Bu fikirləri bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “İqlim Dəyişmələri və COP” ilə bağlı təlimin rəsmi açılış mərasimində çıxış edən Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib.

PA rəsmisi qeyd edib ki, "cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal siyasətə təsir göstərən addımları ilə böyük hörmət və nüfuz qazanıb, dünyanın müxtəlif yerlərində, o cümlədən dənizaşırı regionlarda müstəmləkəçilik zülmündən əziyyət çəkən bir sıra xalqlar Azərbaycana ümid yeri kimi baxır. Azərbaycan yoxsul ölkələrə qarşı selektiv münasibəti qəbuledilməz sayır.

Ölkəmizdə vətəndaş cəmiyyəti də bu məsələdə çox fəaldır. Qlobal iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə yardım Azərbaycanın COP29 ölkəsi kimi əsas qlobal təşəbbüslərindən biridir. Azərbaycan həmçinin müharibə aparan dövlətləri “COP atəşkəsi” təşəbbüsünə qoşulmağa, silahı yerə qoymağa, danışıqlar masasına keçməyə çağırır. Bu mənada COP29 həm də dünyaya sülh mesajıdır. Sevindirici haldır ki, Azərbaycan QHT-ləri öz fəaliyyətində bütün bu çağırışları və spektrləri nəzərə alır, tərəfdaşlarını, dünya dövlətlərini COP üçün vacib sənədlərdən biri olan İkillik Şəffaflıq Hesabatlarını (BTRs) vaxtında təqdim etməyə həvəsləndirir".

D
demokrat.az