Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən695milyonABŞ dolları dəyərində mal idxal edib.
Demokrat.az xəbər verir ki,bu barədə Türkiyənin Ticarət Nazirliyi xəbər yayıb.
Bu, 2023-cü ilin eyni dövrünə nisbətən5,3%azdır. Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının1 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə1,2%artaraq71 milyard 790 milyonABŞ dollarına çatıb. Türkiyədən ən çox idxalı Almaniya (5,930milyardABŞ dolları;5,5 %az), ABŞ (4,166 milyardABŞ dolları;8,1 %çox), İtaliya (3,902 milyardABŞ dolları;5 %çox) və İngiltərə (3,828 milyardABŞ dolları;5,5 %çox) həyata keçirib.
Təkcə aprel ayında isə Türkiyədən Azərbaycana181,5 milyonABŞ dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən10,9 %çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı onun ümumi ixracının1,1%-i qədər olub.


