Hadisə

Nərimanovda yol qəzası: Yaralanan var

Nərimanovda yol qəzası: Yaralanan var

Bakının Nərimanov rayonunda 32 yaşlı qadın yol qəzasında xəsarət alıb.

Demokrat.azxəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Hacıyeva Nərmin Bayram qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az