Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun153 milyon rubldan çox vergi borcu var.
Axşam.az xəbər verir ki, bu barədə "RENTV" məlumat yayıb.
Federal Vergi Xidməti artıqblogerin şirkətinin hesablarını bloklayıb. Sözügedən şirkət restoran və yeməklərin çatdırılması xidməti ilə məşğuldur.
Bloklanmayasəbəb isə vergi bəyannaməsinin təqdim edilməməsi olub.


