Hadisə

Xətai rayonunda yol qəzasında 13 yaşlı yeniyetmə yaralandı

Xətai rayonunda yol qəzasında 13 yaşlı yeniyetmə yaralandı

Bakının Xətai rayonunda 13 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2011-ci il təvəllüdlü Əliyev E.S. xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az