“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti tender elan edir.
Tenderin adı: Bankomatlarda insidentlərin monitorinqi üzrə proqram təminatının alınması Tenderin elan tarixi: 01.05.2024 Tenderin son tarixi : 14.05.2024
Texniki tələblər:
-Windows XP/7/10 əməliyyat sistemləri dəstəklənməlidir; -Rəqəmsal siqnalı dəstəkləməlidir; -Minimum iki kameranı dəstəkləməlidir; -JPEG, AVİ, MP4 formatında video və şəkilləri çəkilməli və yaddaşda saxlanılmalıdır; -Bankomat;n elektron jurnalı ilə inteqrasiya edilməlidir; -Şəkildə kart nömrəsinin son 4 rəqəmi və əməliyyatın baş vermə tarixi əks olunmalıdır; -Kameralarının onlayn monitorinqi və statusunu görmə imkanı olmalıdır; -Həyəcan siqnallı statusları elektron poçta göndərmək imkanı olmalıdır; -Məlumatlar mərkəzi serverdə saxlanılmalıdır; -Proqram təminatında təhlükəsizlik yeniləmələri dəstəklənməlidir; -Video, foto görüntülər minimum 6 ay saxlama imkanı olmalıdır; -Bütün əməliyyatlar loglanmalıdır ( uğurlu, uğursuz , saat , tarix və s. ) və minimum 6 ay saxlama imkanı olmalıdır -Proqram təminatında imtiyazli istifadəçilərə MFA funksiyasını tətbiq etmək imkanı olmalıdır; -Proqram təminatında baş verən bütün əməliyyatlar, əməliyyat detalları və verilənlərin şifrələnməsi dəstəklənməlidir;
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə) -İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; -İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış -tender təklifi 15.06.2024 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-Optimal qiymət təklifi; -Texniki göstəricilərə uyğunluq; -Sənədləşmənin tələb olunan qaydada təşkili; -Sifarişin vaxtında və düzgün qaydada icrası;
Tenderdə iştirak etmək istəyən şirkətlər qiymət təklifini tələb edilən sənədlər ilə birlikdə 14.05.2024-cü il tarixində saat 16:00-a kimi qapalı zərfdə (mühürlü) poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( vusal.mehdiyev@afb.az) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.


