İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 5 PKK terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türk Silahlı Qevvələri terrorla mübarizə əməliyyatlarını davam etdirir:
“Son hava əməliyyatları nəticəsində İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 5 PKK terrorçusu zərərsizləşdirilib. Ölkə ərazisində və sərhəddən kənarda terrora qarşı əməliyyatlarımız davam etdiriləcək”.
Aysu Demokrat.az


