Sosial

Bu gün 82 min şagird 1-ci sinifə yerləşdirilib

Bu gün 82 min şagird 1-ci sinifə yerləşdirilib

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq bu gün avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.

Demokrat.azxəbər verir ki, bununla bağlı valideynlərə SMS bildirişləri göndərilib.

Övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər mayın 1-dən saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.

D
demokrat.az