Qeyri-qanuni yollarla Suriyadan Türkiyəyə keçməyə cəhd edən 7 nəfər terrorçu saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhəd bölgəsində əməliyyat keçirilib.
Keçirilən əməliyyat nəticəsində sərhədi pozan 7 şəxs saxlanılıb.
Saxlanılan şəxslərdən 4-nün PKK, 2-nin FETÖ, 1-nin isə İŞİD terror təşkilatı üzvü olduğu müəyyən edilib.
Aysu Demokrat.az


