Hadisə Özəl

Yük təyyarəsi qəzaya uğradı: Ölənlər var

Yük təyyarəsi qəzaya uğradı: Ölənlər var

ABŞ-nin Alyaska ştatında hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, “Douglas DC-4 Skymaster” tipli hərbi təyyarə Tanana çayının sahilində qəzaya uğrayıb.

Əraziyə dərhal polis və xilasedicilər göndərilib.

Qəzada təyyarəni idarə edən 2 pilotun da həlak olduğu bildirilib.

Təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil.

Aysu Demokrat.az

D
demokrat.az