Gündəm Özəl

Qarabağ Universitetində yeni ixtisas — Potensial böyükdür

Qarabağ Universitetində yeni ixtisas — Potensial böyükdür

Qarabağ Universitetində turizm ixtisasları açılacaq. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Agentliyin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı Bakıda keçirilən "QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü"ndə deyib. O qeyd edib ki, Qarabağ Universitetində turizmin tədrisinin əsas məqsədi turizmin bütün növləri üçün lazımi bilik və bacarığa malik insan kapitalını təmin etməkdir.

Turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında deyib ki, Qarabağın yüksək turizm potensialı var:

“Təkcə standart bir turizm növü deyil, bütün turizm növlərini Qarabağda inkişaf etdirmək olar. Ekstrim turizmi, alpinizm, idman turizmi, sağlamlıq turizmi üçün burada imkanlar var. Kəlbəcərdə “İstisu” sanatoriyası, Şuşanın qayalıq relyefi, tarixi-mədəni abidələri müxtəlif turizm növləri ilə maraqlanan xarici qonaqları özünə cəlb edə bilər. Bu imkanları dəyərləndirmək lazımdır. Qarabağ Universitetində turizm ixtisasının yaradılması da düşünürəm ki, bu məqsədə xidmət edəcək. Bunun müsbət nəticələrini və turizmə töhfələrini görəcəyik. İşçi potensialı da artıq universitetin hesabına təmin ediləcək, paytaxtdan kadr toplanmasına ehtiyac qalmayacaq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova