Sosial Özəl

Səfir Türkiyə Maarif Vəqfinin əhəmiyyətindən danışdı

Səfir Türkiyə Maarif Vəqfinin əhəmiyyətindən danışdı

“Türkiyə Maarif Vəqfi qardaş və dost ölkələrlə aramızda körpü rolu oynayır”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O bildirib ki, sözügedən vəqf çox qısa müddət ərzində böyük nailiyyətlər əldə edib:

“Qardaş dövlətlərlə aramızda mühüm bağlardan biri də Maarif Məktəblərimizdir. Bu məktəblər dost dövlətlər ilə aramızda körpüdür.

Bundan sonrakı dövrdə də fəaliyyətimizə davam edəcəyik. Gənclərin Türkiyə və Azərbaycan Maarif məktəblərində oxuma arzusunu reallaşdıracağıq”.

C. Bağçı onu da əlavə edib ki,Türkiyə Maarif Vəqfinin52 ölkədə 464 təhsil ocağının olması böyük uğurdur.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova