Gündəm Özəl

"Rəsmi Bakı Rusiya ilə Qərb arasında balanslı siyasət yeridir" — POLİTOLOQ

Rəsmi Bakı Rusiya ilə Qərb arasında balanslı siyasət yeridir — POLİTOLOQ

Bu gün Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada görüş baş tutacaq. Rusiya sülhməramlılarının Qarabağı tərk etməsindən sonra iki ölkə arasındakı danışıqlar diqqəti cəlb edir. Görüşdən gözləntilərlə bağlı politoloq Turan Rzayev Demokrat.az-a açıqlama verib. O qeyd edib ki, Prezidentin Rusiyaya səfəri zaman regional məsələlər, xüsusilə Qazaxın dörd kəndi və Kərkinin qaytarılması müzakirə edilə bilər:

Rəsmi Bakı Rusiya ilə Qərb arasında balanslı siyasət yeridir — POLİTOLOQ

“Qazaxın dörd kəndi və Kərki məsələsi Ermənistanla Azərbaycan arasında münaqişəli məsələ hesab olunur. Yəni, müzakirəsi iki ölkə arasında gedəcək danışıqlar və rəsmi, qeyri-rəsmi danışıqlardan asılıdır. Aydın məsələdir ki, Rusiya regional gücdür. Azərbaycan tərəfi hər zaman rəsmi Moskvanın maraqlarını nəzərə alıb. Əslində bir güllə belə atılmadan kəndlərin qaytarılmasını əsaslandıran başlıca səbəb rəsmi Bakının Qərb və Rusiya arasında balanslı siyasət yeritməsidir. Yəni Azərbaycan balans siyasəti əsasında bu gün də Rusiya ilə əməkdaşlıq edir. Bu kimi məsələlərlə Rusiyanı məlumatlandıracağıq. Regional ölkə olaraq bir daha göstərmiş olacağıq ki, Rusiyanı da əslində nəzərə alırıq. Təbii ki, başlıca müzakirə mövzuları qeyd olunan məsələlər ola bilər. Amma bundan əlavə iki ölkə arasında müzakirə edilməli digər məsələlər də var. Bura hərbi, siyasi diplomatik məsələlər aiddir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova