Hadisə

“Azərişığ”a məxsus maşın dərəyə aşdı — Ölənlərin adları bilindi (YENİLƏNİB)

“Azərişığ”a məxsus maşın dərəyə aşdı — Ölənlərin adları bilindi (YENİLƏNİB)

Qubada “Azərişıq” ASC-yə məxsus maşının dərəyə yuvarlanması nəticəsində ölənlərin kimlikləri bəlli olub.

Demokrat.az xəbər verir ki, bunlar Sumqayıt sakinləri - 1958-ci il təvəllüdlü Zahid Qurbanov və 1991-ci il təvəllüdlü Namiq Rüstəmovdur.

13:54

Qubada “Azərişıq” ASC-yə məxsus maşının dərəyə yuvarlanması nəticəsində yaralananların kimlikləri bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakinləri - 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğludur.

S.Abdullayevə sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

İ.Rəsulova qapalı kəll-beyin travması, hər iki budun orta üçdə birinin və sol baldırın sınığı diaqnozu qoyulub. Vəziyyəti ağırdır.

12:45

Qubada “Azərişıq” ASC-yə məxsus maşın aşıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Söhüb kəndində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər ölüb, ikisi isə xəsarət alıb. Yaralılar Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Azərişıq” ASC-yə məxsus avtomobil yoldan çıxaraq aşdığını təsdiqləyib:

“Hadisə nəticəsində qurumun iki əməkdaşı ağır xəsarətlər alıb. Məlum hadisə ilə bağlı məsələ rəhbərliyin nəzarətindədir. Hadisənin səbəblərinin araşdırılması üçün rəhbərlik Qubadadır”.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az