Azərbaycanda qadın əri tərəfindən dəhşətli işgəncələrə məruz qalıb.
Bu barədə “Qadın və Uşaq Sığınacağı” Təşkilatının sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, əri qadını hər axşammeşəyə aparıb, başını oduna qoyub və çəkiclə əzib.
“Ərinin əlindən qurtula bilməsi isə tam bir möcüzə olub. Sonuncu dəfə yoldaşını meşəyə aparıb və dostuna zəng edərək narkotik vasitə istifadə etməyə dəvət edib. Qadın ərinin telefonla danışmağınnan istifadə edərək, əlindən qaçıb və uşaqlarını da evdə götürüb çıxa bilib. Qadının yaşadıqları, dedikləri, əllərinin danışdıqca titrəməsi sözlə deyilməyəcək qədər ağrılı idi. O, dəfələrlə evdən qaçmaq istəyib, ancaq heç vaxt buna nail ola bilməyib. Hamilə olarkən özünü üçüncü mərtəbədənatıb. Xoşbəxtlikdən uşaq da, özü də sağ qalıb. Hazırda qadın sığınacaqdadır”, - deyəMehriban Zeynalova bildirib.


