Şou-biznes

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı,Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi ilk dəfə "Tarixin bir günü" verilişində danışıb:

"Xalq artisti Faiq Ağayevin "Gülüstan" sarayındatoyu idi. Məclisə gec gəlmişdim, bəy-gəlinin rəqsinə gəlib çatmışdım. DərhalFaiq Ağayevlə görüşmək istədim. Həmin vaxt da İlhamə xanımın əlində mikrofon var imiş. Xeyir-dua verirmiş, həm də 15-20 dəqiqə oxumuşdu.Sözün açığı onu görməmişdim. Faiq Ağayev onu öpən kimi mikrofonu mənə verdi ki, artıq toy bitir, sən də oxu. Mən də ifamlaonlarıtəbrik etdim. Bu, İlhamə Quliyevaya xoş gəlməmişdi".

NE
Nihadə Eyyubova