Gündəm

Yüksək bal toplayan şagird: “Hədəfim ADA Universitetində təhsil almaqdır” — FOTO

Yüksək bal toplayan şagird: “Hədəfim ADA Universitetində təhsil almaqdır” — FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb.

Yüksək bal toplayanlar arasındaTürkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagirdMaliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Piriyevin qızıdır.

Mələkxanım öz sevinciniModern.az-la bölüşüb.

“İlk növbədə doğma məktəbim - Dəyanət Vəqfi Bakı Türk Liseyinə, əziz və fədakar müəllimlərimə ürəkdən təşəkkür edirəm. Bildiyiniz kimi, buraxılış imtahanları ali məktəblərə qəbulun 1-ci mərhələsidir. Hədəfim blok imtahanlarında da yüksək nəticə göstərib ADA Universitetində təhsil almaqdır”, - o deyib.

Yüksək bal toplayan şagird: “Hədəfim ADA Universitetində təhsil almaqdır” — FOTO

NE
Nihadə Eyyubova