Siyasət

Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürdü

Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürdü

Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürüb.

Demokrat.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu özünün "Facebook" məlumat verib.

O bildirib ki, Müsavat başqanlığına namizəd olacaq:

“Məndən başqa, hazırkı başqan Arif Hacılı və Yadigar Sadıqlı da başqanlığa namizəd olacaqlarını bildiriblər”.

Y. Sadıqlı da APA-ya bildirib ki, Müsavat başqanlığına namizəliyini irəli sürəcək.

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulub.

D
demokrat.az