Sosial

Eyvandan girib uşaqları xilas etdilər — VİDEO

Eyvandan girib uşaqları xilas etdilər — VİDEO

Bakı şəhərinin Xətai rayonu, Babək prospektində azyaşlılar evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bubarədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2019 və 2021-ci il təvəllüdlü azyaşlıları xilas ediblər.

NE
Nihadə Eyyubova