Hadisə

Kəlbəcərdə yük maşını çaya aşıb, 2 nəfər ölüb

Kəlbəcərdə yük maşını çaya aşıb, 2 nəfər ölüb

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə adıçəkilən sürücü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova