Şou-biznes

Azərbaycanlı müğənniyə 2 avtomobil, 1 ev hədiyyə etdilər — VİDEO

Azərbaycanlı müğənniyə 2 avtomobil, 1 ev hədiyyə etdilər — VİDEO

Tanınmış müğənni Vüqar Muradovun atası maraqlı açıqlama verib.

Demokrat.az xəbər verir ki, "Xəzər" TV-də yayımlanan "Evdəkilərə Salam" verilişi müğənninin Qaxdakı evində çəkiliş aparıb.

Onun atası Qüdrət Muradov bildirib ki, uzun illərdir oğlunu evləndirə bilmir. O, oğlunu ailə qurmağa razı salmaq üçün maraqlı addım atıb:

"İki avtomobilim var, hədiyyə verirəm, evimi də sənə bağışlayıram, yetər ki evlən. Balaca "Qüdüşü" görmək istəyirəm".

Daha ətraflı videodan izləyin (redaktor.az):

D
demokrat.az