Gündəm Özəl

Ramazandan sonra oruc tutanlar necə qidalanmalıdırlar?

Ramazandan sonra oruc tutanlar necə qidalanmalıdırlar?

On bir ayın sultanı olan Ramazanın sonuna gəldik. Orucluqdan sonrakı günlərdə də düzgün və sağlam qidalanma insan orqanizmi üçün önəmlidir.

Sağlam qidalanma üzrə mütəxəssis, “Qida Təhlükəsizliyi Hərəkatı”nın rəhbəri Məhsəti Hüseynova mövzu barədə Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Ramazan ayında oruc tutan şəxslər bayram günlərindən sonra qidalanmalarına mütləq riayət etməlidirlər:

“Əks halda həmin şəxslər sağlamlıq problemlərilə üz-üzə qalacaqlar. Əsas məsələ ilk bir həftə ərzində axşam yeməyini 30 dəqiqə tez qəbul etməkdir. Orucluq zamanı insanlar ac qaldığı üçün xəmir xörəklərini azaltmalıdır. Əsasən tez həzm olunan qidalarla qidalanmaq lazımdır. Habelə meyvə-tərəvəzdən çox istifadə edilməlidir ki, bunlar liftli qidalardır. Mədə-bağırsaq həzmi üçün olduqca xeyirlidir. Bir çox zaman oruc tutan insanlarda qəbizlik yaranır. Bunun həlli yolu sonrakı qidalanmalarla bağlıdır. Səhər yeməyi şərtdir. Sağlam bir bədən istəyiriksə səhərlər qidalanması şərtdir. Açıq havada gəzmək sağlamlıq üçün çox faydalıdır. Bu zaman həzm sistemi normallaşır. Ramazandan sonra suyu tez-tez içmək lazımdır. Duzlu, turş, acı qidaların qəbuluna başlamaq olmaz. Çünki bu orqanizmdə maye-duz balansının pozulmasına gətirib, çıxaracaq. Ramazandan sonra problemlərin olmaması üçün mümkün qədər az qızardılmış, daha çox yüngül qidalardan qəbul etmək lazımdır. Daha çox mövsümi meyvə-tərəvəzlər yeyilməlidir. Bununla yanaşı quru meyvlərdən də istifadə etmək lazımdır ki, itirilmiş vitaminlər bərpa olunsun. Yuxu rejimini düzəltmək də şərtdir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova