Maliyyə

“AFB BANK” tender elan edir

“AFB BANK” tender elan edir

“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti tender elan edir.

Tenderin adı: “AFB BANK ” ASC tərəfindən “WAF Imperva V1000” proqram təminatı üçün 1 illik lisenziyanın (yenilənmə) satın alınması ( Proqram təminatının versiyası: 14.7.0.5 )

Tenderin elan tarixi: 09.04.2024

Tenderin son tarixi : 22.04.2024

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə) -İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri; - İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış -tender təklifi 15.05.2024 tarixinə kimi qüvvədə olmalıdır;

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-Optimal qiymət təklifi; -Texniki göstəricilərə uyğunluq; -Sənədləşmənin tələb olunan qaydada təşkili;

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.Təklifdə ödəniş şərtləri ,çatdırılma müddəti və vergi şərtləri qeyd edilməlidir. Təkliflər 22.04.2024-cü il tarixində saat 17:00-a kimi imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərilməlidir.Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə (vüsal.mehdiyev@afb.az) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.

D
demokrat.az