Müğənni Nadir Qafarzadə Türkiyədəki evini satmasının səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə sənətçiverilişlərin birində danışıb:
“Türkiyədəki evimi satmışam. O vaxt həvəslə almışdıq, amma gedənolmadı. Kirayə üçün şirkətlərin birinə verdik, onlar da ərəblərə icarəyə vermişdilər. Evimi təhvil almağa getmişdim, içəri girəndə dizimi yerə qoyub, bir saat ağladım. Evipis günə qoymuşdular. Bilmədim nə edim, ustalar çağırdım vəyenidən düzəltdirdim. Orada da hər şey bahadır.
Divardakı şəkilləri çıxartmışdılar, mətbəxi, hamamı pis günə qoymuşdular. Başqa ölkə olduğu üçündərdimi də deyə bilmirdim. Ona görə də acığa düşdüm, dəyər-dəyməzinəsatdım. Dedim ki, pulunuz mənə lazım deyil, kim birinci gəlsə, ona verəcəyəm. Ona görə də 31-ci mərtəbədəki 165 kvadratlıq evimi satdım”.
Qeyd edək ki, sənətçi 2013-cü ildə Türkiyədəki evi üçün 300 min manat xərc çəkdiyini açıqlamışdı.


