Gündəm Özəl

Sahibkar 25 min cərimə oluna bilər — Hansı hallarda?

Sahibkar 25 min cərimə oluna bilər — Hansı hallarda?

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 437,1 min vahid artaraq bu il aprelin 1-nə 1 milyon 839 min 109-a çatıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 386 253 vahid artaraq 926 175 olub.

Məsələ ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov Demokrat.az-a açıqlama verib.

Onun sözlərinə görə, əmək müqaviləsi elektron informasiya sistemində qeydə alınmadan şəxsin işləməsi doğru deyil:

Sahibkar 25 min cərimə oluna bilər — Hansı hallarda?

“Bu, cibdən-cibə qeyri-formal əmək bazarıdır. Ona görə də bu, hər iki tərəfin yəni, işçinin və işə götürənin mənafelərinə ziddir. Belə olduğu halda dövlət vergini, sosial ödəməni toplaya bilmir. İşçi üçün yığım olmur. Xüsusən də vətəndaş pensiya yaşı çatanda görür ki, heç bir yatırımı yoxdur. Həmin şəxsə yalnız yaşa görə müavinat təyin olunur. Eyni zamanda işəgötürənlər bunu etməklə öncə özlərinə ziyan vurmuş olurlar. Bütün hallarda pul onların cibindən çıxır. Həm də qanunu pozmuş olurlar. Şəxs mənfəət vergisi ödəyicisidirsə, əməkhaqqını leqallaşdıranda mənfəəti azalır, buna müvafiq olaraq vergi də azalır. Ona görə də işəgötürənlər də bunun üstündə daha ciddi dayanmalıdırlar. Son zamanlar iş yerlərində işçilərin çox olmasının səbəbi yeni işçilər deyil, mövcud işçilərlə əmək müqaviləsinin bağlanmasıdır. İşçi əmək müqaviləsini tələb etməlidir. Əgər işçi dəyirsə ki, pulu mənə cibdən-cibə ver, buna işəgötürən razı olmamalıdır. Sahibkar bu zaman 20-25 min arası cərimə oluna bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova