Sosial

Baş prokuror Neftçalada qəbul keçirdi — FOTOLAR

Baş prokuror Neftçalada qəbul keçirdi — FOTOLAR

Aprelin 6-da baş prokuror Kamran Əliyev Neftçala Rayon Prokurorluğunun Neftçala, Hacıqabul, Salyan rayon, Şirvan şəhər və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl baş prokuror Heydər Əliyevin abidəsini ziyarət edib.

Daha sonra qəbulda iştirak edən 29 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib.

Baş prokuror Neftçalada qəbul keçirdi — FOTOLAR
Baş prokuror Neftçalada qəbul keçirdi — FOTOLAR
Baş prokuror Neftçalada qəbul keçirdi — FOTOLAR

NE
Nihadə Eyyubova